Reyestrə bilərəkdən yanlış və natamam məlumatlar verən şəxslər cərimələnəcək

SOSİAL
16:49 02.05.2019
4410
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, qanuna 440-1-ci maddə əlavə edilir:

"Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması

440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

440-1.3. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -

vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.".

OXŞAR XƏBƏRLƏR