Reyhanın təhsil aldığı məktəbin direktoru: "Qürurverici anlar yaşadıq"

Reyhanın təhsil aldığı məktəbin direktoru: "Qürurverici anlar yaşadıq"
SOSİAL
12:27 15.02.2019
2943
Xəbər verdiyimiz kimi, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin qalibi olub.

AZXEBER.COM xəbər verir ki, R.Camalova müsabiqədə "Mühəndislik" nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

Bu uğuruna görə R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.
 
Reyhan Camalovanın təhsil aldığı 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova şagirdinin uğuru haqda təəsüratlarını bölüşüb.
 
Məktəb direktoru sosial şəbəkə hesabında yazıb: "14 fevral 2019 cu il tarixində "Sabahın alimləri" VIII Respublika müsabiqəsi qalibləri mükafatlandırıldı. Məktəbin 10-cu sinif şagirdi Reyhan Camalova Mühəndislik nominasiyası üzrə I yerə layiq görülməklə yanaşı may ayında ABŞ da keçiriləcək İntel İSEF Beynəlxalq Elm və Mühəndislik sərgisində Azərbaycanı təmsil etmək hüququ qazandı. Qürurverici anlar yaşadıq. İnanırıq ki, Reyhan hədəflərinə doğru yolda inamla addımlayacaq, növbəti uğurlara imza atacaq və hər zaman harda olmasından asılı olmayaraq Azərbaycanı şərəflə təmsil edəcək. Uğurlar, qızım".
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR