AZXEBER.COM xəbər verir ki, bir neçə gün öndə İranda ürəyindən əməliyyat olunan müğənni şəxsi "facebook" səhifəsində yazıb: "Bəşəriyyətin sahibi sonsuz gözəlliklərin yaradıcısı qüdrətli Allahhın adıyla bütün xalqımıza, və siz dostlarıma salamlar olsun. Sonsuz şükürlər edirəm ki, Allahhın izniylə və siz əzizlərimin duasıyla yenidən ayaq üstə sizinləyəm. Sizə nə qədər minnətdarlığımı və təşəkkürlərimi bildirsəm azdır. Bəşərdə nə gözəl sözlər varsa hər birini yeni qəlbimlə sizlərə ünvanlayıram. Ağır günümdə məni tək qoymayan başımın tacları olan anama atama, əməliyyata girərkən və əməliyyatdan çıxarkən hər saniyə başımın üstündə olan, ana bətnindən yaşadığım bu saniyəyə qədər, bu saniyədən qəbir evinə qədər, qəbir evindən axirətə qədər axirətdən sonsuz həyata qədər və dahada bilmədiyimiz sonsuz möcüzələrin yaradıcısı olan rəbbimə sonsuz şükürlərim olsunki məni bu sınaqdan qutardı. Allah heç kəsə, düşmənimə belə bəla verməsin amin. Mən Allahdan gələn bəlaya da, xoşbəxtliyə də hər zaman şükür edəcəm İnşAllah".
Mirkamil əməkdar artist Aybəniz Haşımovaya da xüsusi təşəkkür edib: "Mənim ikinci anam olan Aybəniz Haşımovaya məni bir an belə yalnız buraxmadığı üçün nə qədər təşəkkür etsəm azdır, çoxsagolun Aybəniz anam və Aynişan dostum. Allah sizi və Aynişanı qorusun.
Gənc müğənni millət vəkili Qənirə Paşayevaya da minnətdarlığını bildirib:
"Qənirə xanım Paşayeva sonsuz təşəkkürümü bildirirəm əməliyyatdan qabaq uzaqda olsa da mənə dəstək olduğuna görə. Allah razı olsun sizdən Qənirə xanım. Bütün sənət cəmiyyətinə, sənətdə olan hər kəsə minnətdaram çooooooxsağolun əzizlərim. Öz doğma xalam Mələkxanım Eyyubovaya, dayım oğlanlarına Vüsala, Ramala,Valehə, öz doğma qardaşlarıma Mirkazıma, Mirməhəmmədə, Miribrahimə, əmim Mirhəbibə onun ailəsinə, Hökümə nənəmə. Can ay nənə ağlamışdı mənim üçün, pulda göndərib hələ. gözünün yaşına qurban olumş Digər nənələrimədə öpürəm Fəridə, və Gülsüm nənəmi). Bütün telekanallara və bütün media işçilərinə sonsuz minnətdarlığımı bildirirəm öpürəm sizləri Allah hər birinizi qorusun amin. Indi baxıramki yaman çoooooox yazmışam (gülür). Qalanını sonra yazaram InşAllah. Allah amanında.