Reznikov: Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var

Reznikov: Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var
DÜNYA
18:46 06.03.2023
179
Ukrayna ordusunun hələ də canlı qüvvəyə ehtiyacı var.

Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, müharibənin əvvəlində təsdiqlənmiş səfərbərlik planı hələ yekunlaşmayıb: "Baş Qərargah nə qədər sürücü, atıcı, operator, artilleriyaçı və snayperə ehtiyac olduğunu dəqiq bilir. Baş Qərargah komandirlərə tapşırıqları müəyyənləşdirir”.

Reznikov səfərbər edilmiş zabitlərin liderlik keyfiyyətlərinin az olduğunu vurğulayıb.

"Onların 90%-i hər şeyi yenidən öyrənir. Müttəfiqlər kiçik, orta komandir heyətinin və çavuşların liderlik kurslarının təşkil edilməsini təklif edir”, - Reznikov deyib.
 
///APA
OXŞAR XƏBƏRLƏR