Rihanna ikinci dəfə ana oldu

Rihanna ikinci dəfə ana oldu
DÜNYA
14:37 22.08.2023
261
Dünyaca məşhur pop ulduzu Rihanna və sevgilisi ASAP Rocky-nin ikinci övladı dünyaya gəlib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, məşhur müğənninin körpəsinin cinsi də məlum olub.

İki ilə yaxın reper ASAP Rocky ilə birlikdə olan Rihanna 13 may 2022-ci ildə ilk körpəsini dünyaya gətirib.

Rza adlı oğlu olan Rihanna Super Bowl-un fasiləsi zamanı ikinci övladına hamilə olduğunu açıqlayıb.

Digər tərəfdən, Rihanna 2020-ci ildə Britaniyanın "Vogue" jurnalına verdiyi müsahibədə üç və ya dörd uşaqlı böyük bir ailə arzusunda olduğunu qeyd edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR