Rihanna məsciddə poza verdi, qovuldu

Rihanna məsciddə poza verdi, qovuldu
ŞOU-BİZNES
16:45 22.10.2013
1357

Müğənni Rihannanın Dubaya səfər zamanı çadra geyinərək məsciddə şəkil çəkdirdiyini xəbər vermişdik.

İfaçının hərəkətləri məscid rəhbərlərini əsəbiləşdirib. Belə ki, sənətçi BƏƏ-nin ən böyük məscidi olan "Şeyx Zayed"in ziyarətə qapalı olan hissəsinə icazəsiz daxil olub. Bu səbəbdən o, məsciddən qovulub. "Şeyx Zayed"dən verilən açıqlamada Rihannanın adı çəkilməyib:   "Müqəddəs məkanda əxlaqi dəyərlərə zidd olan, uyğunsuz pozalar vermək, yüksək səslə danışmaq qadağandır. Üstəlik, məscidin qadağan olunmuş yerlərinə daxil olmaq hörmətsizlikdir. Bu hərəkətlərə görə müğənni ibadətxanadan uzaqlaşdırılıb".(Axsam.az)

 

OXŞAR XƏBƏRLƏR