Rihanna milli qəhrəman elan edildi

MAQAZİN
19:57 30.11.2021
330
Barbados dövləti müğənni Rihannanı milli qəhrəman elan edib.

Xəbər hökumətin "Facebook" səhifəsində yayımlanıb.

Mərasim zamanı Baş nazir Mia Mottley Rihannanın yaradıcılığı, ölkəyə bağlılığı və Barbadosun rifahı üçün xidmətinə görə mükafatlandırıldığını bildirib.

"Bir millət və qürurlu xalq adından sizi Barbadosun milli qəhrəmanı elan edirik.

Ulduz kimi parlamağa və ölkəmizin qüruruna çevrilməyə davam edin"  deyə, baş nazir bildirib.
 
 ///lent.az

OXŞAR XƏBƏRLƏR