Dünyaca məşhur müğənni Rihanna yeni uğura imza atıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənni hit mahnıları ilə ən yaxşı solo qadın sənətçi seçilərək rekorda imza atıb.
Barbadoslu müğənni bu uğurunu X platformasında açıqlayıb.
O, rəqiblərini dueldə üstələyib və Amerika Səsyazma Sənayesi Assosiasiyasından (RIAA) daha dörd almaz sertifikatı alaraq rekord qırıb.
Qeyd edək ki, Rihanna və Jay-Zin 2007-ci ildə birgə hit olan "Umbrella” mahnısı, 2016-cı ildə Drake ilə birlikdə çıxardığı "Work” kimi brilliant lövhəyə layiq görülüb.
Mikayıl