Rişi Sunak ABŞ-a səfər etdi

Rişi Sunak ABŞ-a səfər etdi
DÜNYA
18:59 07.06.2023
179
Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ-a səfər edib.

Bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirlib ki, Baş nazir Sunak iki günlük işgüzar səfər üçün artıq Vaşinqtondadır.

Böyük Britaniyanın hökumət başçısı ABŞ Prezidenti Co Baydenlə, Konqres üzvləri və biznesmenlərlə görüşəcək. "Bu görüşlərdə Baş nazirin diqqəti iqtisadiyyatlarımızda böyüməni sürətləndirmək, iş yerləri yaratmaq və xalqlarımızın gələcəkdə təhlükəsizliyini təmin etmək üçün ittifaqın gücləndirilməsinə yönəlib", - Böyük Britaniya Baş nazirinin Ofisnin yaydığı məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR