Rişi Sunak Türkiyə üçün yardımların toplanmasında iştirak etdi - FOTO

Rişi Sunak Türkiyə üçün yardımların toplanmasında iştirak etdi - FOTO
DÜNYA
09:53 10.02.2023
169
Böyük Britaniyanın baş naziri Rişi Sunak zəlzələ qurbanlarına yardım ləvazimatları yığır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rişi Sunak London Universitet Kolleci (UCL) Türk Tələbə Birliyinin "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələlərindən zərər çəkənlərə yardım kampaniyasına qatılıb və yardımları qablaşdırmağa kömək edib.

İngiltərə mətbuatında yer alan xəbərə görə, Sunak UCL-də tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb. Şagirdlərə yardım materiallarını çeşidləmək və qablaşdırmaqda kömək edən Sunak həmçinin papaq, şərf və adyal bağışlayıb. 

O, baş verən bu hadisədən təsirləndiyini də bildirib:

 "Türkiyədə insanlar bu dəhşətli faciədən təsirləndilər. Faciənin miqyasını anlamaq həqiqətən çətindir. Bir ata olaraq övladlarını dağıntılar altından çıxarmağa çalışan ailələri seyr etmək həqiqətən ürək ağrıdır. Türkiyəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”,- deyə o, bildirib.

Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR