Türkiyənin "Çaykur Rizəspor” klubu transfer səylərini sürətlə davam etdirir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz komandası "Fənərbaxça"nın 33 yaşlı müdafiəçisi Serdar Əzizlə anlaşıb.
Qeyd edək ki, "Sarı-göylülər"in heyətində 135 matça çıxan futbolçu 11 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, türkiyəli müdafiəçinin hazırkı bazar dəyəri 600 min avrodur.
Məryəm