Robben: "Daha eqoist olmalıyam"

İDMAN
20:31 14.09.2012
1327

"Bavariya" klubunun hücumçusu Aryen Robben yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

AZXEBER.COM-un məlumatına görə, "Voetbal International"a danışan hollandiyalı futbolçu əvvəlki formasını bərpa etmək üçün daha eqoist olmasının gərəkdiyini bildirib:

"Əvvəlki formamı bərpa etməliyəm. Bunun üçün də daha eqoist olmalıyam. Mövsüm öncəsi məşq zamanıbəzi anlarda əvvəlki "Robben"i gördüm. Artıq qarşıdakı oyunlarda da bu cür olmaq üçün çalışıram. Ötən aylarda bacardığımın ən yaxşısını edə bilmədim. Çünki etdiyim səhvlər üzərində çox düşündüm. Bu da mənim oyunuma mənfi təsir edirdi. Artıq hər şey gedirə qaldı. Bu mövsüm fərqli çıxış edəcəyəm".

Qeyd edək ki, Hollandiya millisinin heyətində zədələnən Robbenin Almaniya Bundesliqasının növbəti turunda "Mainz"a qarşı forma geyinəcəyi sual altındadır.

OXŞAR XƏBƏRLƏR