Dünya şöhrətli aktyor Robert De Nironun böyük qızı, eyni zamanda aktrisaolan Drena De Nironun 19 yaşlı oğlu Leandro De Niro Rodriges qəfildən vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə kədərli xəbəri Robert De Nironun qızı Drena De Niro açıqlayıb.
Dərdli ana oğlunun dünən dünyasını dəyişdiyini deyib. Lakin Leandro De Niro Rodriqesin ölüm səbəbi məlum deyil.
İnstaqram hesabında oğlunun şəklini paylaşan ana bu ifadələrdən istifadə edib:
"Gözəl şirin mələyim. Səni qarnımda hiss etdiyim andan sözlərlə və ya təsvirlərlə ifadə edilməyəcək qədər sevdim. Sən mənim sevincim oldun. Ürəyimdə və həyatımda həmişə saf və doğru olan sən idin. Kaş ki, sənin yanında olsaydım. Kaş səninlə olaydım. Sənsiz necə yaşayacağımı bilmirəm, amma yaşayacağam. Ana olmağa çalışacağam, ana olanda mənə hiss etdirdiyin sevgini və işığı yayacam",
Leandro De Niro Rodriguez də babası Robert De Niro və anası Drena De Niro kimi aktyor olub. O, 2018-ci ildə anası Drena ilə "Ulduz doğulur" filmində rol alıb.
Qeyd edək ki, Leandro anası ilə birlikdə 2005-ci ildə "Kolleksiya" və 2018-ci ildə "Kabare Maksim" filmlərində də rol alıb.