Robert De Nironun 19 yaşlı nəvəsinin ölüm səbəbi AÇIQLANDI

Robert De Nironun 19 yaşlı nəvəsinin ölüm səbəbi AÇIQLANDI
DÜNYA
15:05 06.07.2023
774
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Robert De Nironun 19 yaşlı nəvəsi Leandro De Niro Rodrigez qəflətən vəfat edib.
  
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ötən günlərdə oğlunun öldüyünü açıqlayan 51 yaşlı Drena De Niro izləyicilərinin sualı ilə Leandro De Nironun hansı səbəbdən öldüyünü açıqlayıb. Oğlunun qadağan olunmuş maddə üzündən dünyasını dəyişdiyini deyən ana üsyan edib:
 
"Bu vasitələrin zərərli olduğunu bildiyi halda yenə də fentanil tərkibli həbləri satıb. Deməli, hələ də alıb-satan bütün insanlara görə oğlum əbədi bu həyatdan getdi".

Qeyd edək ki, babası kimi aktyor olmaq istəyən Leandro De Niro Rodrigez "Ulduz doğulur”, "Kabare Maksim”, "Kolleksiya” kimi filmlərdə rol alıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR