Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?

Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?
Siyasət
12:54 17.05.2024
431
Bir neçə gün öncə Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.

Diqqətçəkən detal odur ki, 2003-cü il tarixindən indiyə qədər Avropada heç bir prezidentə, dövlət nümayəndəsinə qarşı bu cür təxribat törədilməyib.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Slovakiyanın Baş naziri Robert Fiksonun sui-qəsdə məruz qalmasının bir sıra çoxtərəfli detalları var:

 

"Slovakiyanın Baş naziri Robert Fiksonun sui-qəsdə məruz qalmasının bir sıra çoxtərəfli detalları var. Birinci bundan başlamaq lazımdır ki, Fiksonu öldürməyə cəhd edən şəxs 71 yaşlı bir yazıçıdır. "Göy qurşağı" adlı ədəbi klubun təsisçisidir. Ədəbiyyatçı baxımından post-modernist, liberal baxışlara malik, tərəqqiçi Slovakiya partiyasının tərəfdarı olduğu qeyd olunur. Maraqlıdır ki, bütövlükdə bu cür siyasi kluarlar bilavasitə liberallar Şərqlə Qərbə bağlı olurlar. Onun ilkin açıqlamaları da bu yöndə olub ki, siyasi mənada hökumətin apardığı siyasətin əleyhinə olub".
 
Ekspert hesab edir ki, Fiksonun hücuma məruz qalmasının başlıca səbəbi müharibədə açıq-aydın Rusiyanı dəstəkləməsi və Ukraynanın NATO-ya daxil olmasına qarşı olmasıdır:
 
"Ümumən, Fikso ABŞ-nin Rusiyaya qarşı Ukrayna cəbhəsindən istifadə etmək kursuna açıq şəkildə çıxan azsaylı Avropa liderlərindəndir. O 2023-cü ilin oktyabrında hakimiyyətə gələndən sonra Slovakiya Ukrayna silahlı qüvvələrinə hərbi təsisatı dayandırdı. Onun özünün də mövqeyi belə olub ki, bu münaqişənin həll yolu mümkün deyil. Silah tədarükü yalnız fəal itkilərə gəlib çıxardır. Həm də Ukraynanın NATO-ya daxil olmasını əngəlləyən, bunu "böyük cəfəngiyyat" adlandıran Fitso Rusiyaya qarşı sanksiyaların da əleyhinədir. Bu şəxs Slovakiyanın Ukrayna müharibəsində ciddi zərər gördüyünü etiraf edən liderdir".
 
Ekspert qeyd edib ki, Fiksodan sonra digər Avropa liderlərinə, xüsusən də Macarıstan lideri Viktor Orbana qarşı təxribat cəhdləri olacağı istisna edilmir:
 
"Düşünürəm ki, yaxın vaxtlarda Macarıstan lideri Viktor Orbana qarşı da belə bir cəhd olacağ. Ona görə də, bu hadisə Avropa liderlərinə bir çağırışdır, mesajdır, ciddi şəkildə xəbərdarlıqdır. Robert Fikso da, Viktor Orban da Azərbaycanın dostlarıdır. Bütün bunlar Fransada, bilavasitə Qərbdə qıcıq yaradır. Robert Fiksonun bir neçə gün əvvəl Bakıda səfərdəykən Azərbaycan Prezidentinin xarici siyasət maraqlarının uzlaşmasına yönəlik açıqlamaları var idi". 
 
Mövzu ilə əlaqədar AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov deyib ki, Slovakiyanın müstəqil siyasət yeritməsi Qərb ölkələrində qıcıq yaradır:

 

"Ümumən, nəzərə almaq lazımdır ki, Slovakiya Avropanın yüksələn dəyərlərindən biridir. Özəlliklə bu ölkənin son illərdə əldə etdiyi uğurlar göz önündədir. Slovakiya Avropanın ən gənc ixtiraçı və elmi inkişaf mərkəzlərindən birinə çevrilib. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Bu gün Slovakiya Avropanın içində öz potensialı ilə inkişaf etməsi, müəyyən dərəcədə bu ölkənin müstəqil siyasət həyata keçirməsi, ümumi Qərb imperializminin hay-küyünə qoşulmaması müəyyən dairələrinin qıcığına səbəb olur. Xüsusən Slovakiyanın Baş naziri Robert Fitso ölkənin cəmiyyətində kifayət qədər yüksək xarizmaya və təcrübəyə malik siyasətçilərdən biridir".
 
Siyasi şərhçi əlavə edib ki, Slovakiya kimi ictimai sabitliyə adaptasiya olmuş bir ölkədə hansısa böyük çaplı dəyişikliklər və xaos yaratmağa nail oluna bilməz:
 
"Əlbəttə ki, bütün bunları həzm edə bilməyən bəlli dairələr Slovakiyanın daxilində etimadsızlıq yaratmaq, eyni zamanda vətəndaşlar arasında qorxu mühitini daha da dərinləşdirmək üçün ölkənin içində qarışıqlıq yaratmağa çalışırlar. Bir daha qeyd edirəm ki, Slovakiyanın müstəqil siyasət yeritməsi və Qərbin imperialist xorunda iştirak etməməsi və baş nazir Robert Fitsonun bu mənada ortaya bir siyasi lider duruşu, mövqe qoyması müəyyən bəlli dairələri narahat edir. Burada xarici əllər rol oynaya bilər. Lakin mən hesab edirəm ki, istənilən halda bu tip məsələlər Slovakiya kimi artıq ictimai sabitliyə adaptasiya olmuş bir dövlətdə hansısa böyük çaplı dəyişikliklər və xaos yaratmağa gətirib çıxarda bilməz".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb