Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.
Hakim Aram Qriqoryan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib. Prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər.
Sabiq prezidentin vəkili Aram Orbelyan isə həbs müddətinin uzadılması üçün heç bir əsas olmadığını bildirib.
"Ümumiyyətlə, qətimkan tədbirinin tətbiqinə ehtiyac olmadığını düşünürük. Bu prosesin müəyyən siyasi çalarları, yaxud birbaşa siyasi məqsədi ola bilər”, – vəkil vurğulayıb.
Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.
Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.
Avqustun 27-də məhkəmənin qərarı ilə sabiq prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
///apa.az///











































