Robert Levandovski El Klasikonu buraxacaq

İDMAN
19:38 27.02.2023
265
İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski zədələnib.

AZXEBER.COM Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.

Polşalı forvard martın 2-də səfərdə "Real Madrid"ə qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.

Levandovskinin martın 19-da La Liqanın XXVI turunda məhz "kral klubu" ilə görüşdə sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 5-də olacaq.
OXŞAR XƏBƏRLƏR