İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski ondan 20 milyon avro tələb etməsi iddiası ilə keçmiş agenti Sezari Kuçarskini məhkəməyə verib.
Bu barədə "Sport Interia” məlumat yayıb.
Kataloniya klubunun ön xətt oyunçusu məhkəmədə verdiyi ifadəsində Kuçarskinin ondan pul tələb etdiyini bildirib.
Agent isə bütün ittihamları rədd edib.
Qeyd edək ki, tərəflər arasında mübahisə polşalı hücumçunun Almaniyanın "Bavariya” klubunda oynadığı dönəmdən başlayıb.