"ABŞ istəyir ki, Azərbaycan və Ermənistan ararsında dostluq və sülh şəraiti yaradılsın".
AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Ağdam şəhərinə səfərin yekununda jurnalistlərə açıqlamasında deyib.
"Bir neçə gün öncə təsadüfən mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Prezident İlham Əliyevlə görüşümdə bu barədə bir neçə saul da verdim. Biz xalqlar arasında sülh yaratma missiyasını başqa ölkələrdə də aparmışıq və müsbət nəticəyə nail olmuşuq.
Düzdür, Ağdamda olan dağıntılar barədə eşitmişdik, amma burada gördüklərimiz tam bir dəhşətdir. Amma inanıram ki, hər iki tərəf olanları unudaraq mehriban qonşuluq və sülh şəraitində yaşayacaqlar. Biz bunun üçün əlimizdən gələni edəcəyik".