Roberto Bordin: "Bu, bizim ümumi qələbəmizdir"

Roberto Bordin: "Bu, bizim ümumi qələbəmizdir"
İDMAN
23:37 01.08.2019
9785
Bu gün bizi çətin rəqib gözləyirdi. Bunu ilk dəqiqələrdən göstərdilər. Onların riskə gedəcəyini təxmin edirdik və buna hazır idik".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Rusiyanın "Arsenal" komandasını 3:0 hesabı ilə üstələyərək növbəti raunda yüksəldikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.

İtaliyalı mütəxəssis bildirib ki, "Neftçi"nin futbolçuları rəqibin təzyiqinə yaxşı tab gətiriblər və 49-cu dəqiqədə Rauf Əliyev hesabı açandan sonra vəziyyət dəyişib.

Baş məşqçi zədələnərək meydanı tərk edən kapitan Emin Mahmudovun həftə ərzində problem yaşadığını və tam güclə məşq edə bilmədiyini bildirib: "Bu zədə ilk oyunda yaranmışdı. Onun və digər oyunçuların durumu ilə sabah maraqlanacağıq. Çox güc itirmişik, bərpa olunmalıyıq. Növbəti rəqibə gəlincə, hazırda bir söz deyə bilməyəcəyəm. İndi qazandığımız qələbəni qeyd edək, sonra rəqib haqda düşünərik".

Bordin rəqibin yaxşı struktur və heyətə malik olduğunu söyləyib. O, Moldova və Rusiyada səfər oyunlarında komandanı dəstəkləməyə gedən "Forza Neftçi" azarkeş qrupunu İsraildə də görməyə şad olacağını vurğulayıb: "Azarkeşlər hər zaman bizi dəstəkləyiblər. Bütün tərəfdarlarımıza təşəkkür edirəm. Bu, bizim ümumi qələbəmizdir. Azərbaycan futbolu tarixində avrokubokda ardıcıl 4 qələbə qazanan baş məşqçi kimi tarixə düşməyimə sevinirəm. Amma bundan da önəmli məsələlər var. Önümüzə baxmalıyıq. İndi transfer haqda danışmaq tezdir. Bununla bağlı da fikir mübadiləsi aparacağıq".

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm