"Anji" klubunun idman direktoru Roberto Karlos yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.AZXEBER.COM-un məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Karlos yaxın gələcəkdə baş məşqçi kimi çalışmaq istədiyini bildirib:
"Komanda ilə səfərlərə gedir, təlim-məşq toplanışlarında iştirak edir və məşqçilər korpusu ilə sıx əlaqədə oluram. Artıq mən yeni həyatımdan zövq alıram. İlin sonu yaxınlaşır və yanvar ayından sonra məşqçi lisenziyası almaq üçün çalışacağam. Təbii ki, komandanın direktoru olmaq gözəl hissdir, ancaq mən baş məşqçi kimi çalışmaq istəyirəm".