Braziliya futbolunun canlı əfsanələrindən olan Roberto Karlos haqda maraqlı iddia irəli sürülüb.
Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, Karlosun yenidən futbola qayıdacağı bildirilir.
"Real" (Madrid) klubunun sol cinah müdafiəçiləri - Marselo və Fabio Koentraonun zədələnərək sıradan çıxması baş məşqçi Joze Mourinyonu narahat edir. Bu səbəbdən də Madrid təmsilçisi Karlosla qısa müddətli müqavilə imzalaq niyyətindədir.
Qeyd edək ki, karyerasına "Uniao Sao Joao" klubunda başlayan Karlos 1996-2007-ci illərdə "Real"ın şərəfini qoruyub. Ardından Türkiyənin "Fənərbaxça" klubuna transfer olunan (2007-2009) braziliyalı futbolçu iki ildən sonra yenidən vətəninə qayıdıb. Bir il "Korintias"da çıxış edən Karlos son olaraq Rusiyanın "Anji" klubuna keçib.