Roberto Karlosdan Qarabağın futbolçusuna 1 milyon avroluq təklif

İDMAN
15:30 26.04.2014
1606
Azərbaycan çempionluğunun bir addımlığında olan Ağdamın "Qarabağ" klubunun aparıcı futbolçusu Reynoldo haqda transfer söz-söhbətləri yayılıb.
AZXEBER.COM-un məlumatına görə, Türkiyə mətbuatı Roberto Karlosun baş məşqçisi olduğu "Sivasspor"un Reynaldo Dos Santosu transfer etmək fikrinə düşdüyünü yazır. Super Liqada 5-ci yeri tutan və böyük ehtimalla Avropa Liqasına vəsiqə qazanacaq komandanın heyətini gücləndirmək fikrinə düşdüyü deyilir. Klubun bu mövsüm Azərbaycan Premyer Liqasımnda 19 qola imza atan futbolçu üçün 1 milyon avroluq transfer təklifi hazırladığı deyilir.
Qeyd edək ki, transfermarkt saytı "Qarabağ"ın futbolçusunun 700 min avro qiymətində dəyərləndirir. Hələ ki, rəsmi səviyyədə aparılmayan bu təklifə "Qarabağ"ın reaksiyası maraq doğurur.
Xatırladaq ki, 24 yaşlı Reynoldo Dos Santos "Qarabağ"adək Belçikanın "Anderlext", "Şerl Brügge" və "Vesterlo" klublarında forma geyinib. Braziliyalı futbolçunun ötən il Avropa Liqasında "Qarabağ"ın pley-off mərhələsinə qədər gedib çıxmasında böyük rolu olub.
OXŞAR XƏBƏRLƏR