Türkiyənin "Akhisar Belediyespor" klubu Roberto Karlosun dönəmində ilk transferlərini reallaşdırıb.Gənc mütəxəsis 2 portuqaliyalı futbolçunu "Akhisar"a gətirib. Bunlar "Sporting"in keçmiş yarımmüdafiəçisiKuştodiovə dünən "West Ham United"dən ayrılan Rikardo Vaş Tedir. Kuştodio ilə 1.5 illik müqavilə imzalanıb. Vaş Te isə mövsümün sonuna kimi "Akhisar Belediyespor"un şərəfini qoruyacaq.
Qeyd edək ki, 31 yaşlı Kuştodio "Dinamo Moskva", "Vitoria Guimaraes" və "Braga" klublarında da çıxış edib. 28 yaşlı Vaş Te isə 2012-ci ildən "West Ham"in formasını geyinirdi. O, London klubunun heyətində çıxdığı 50 oyunda rəqib qapılarını 17 dəfə dəqiq nişan alıb.//goal.az