Roma papası anaları sinələrini açmağa çağırdı

DÜNYA
16:40 13.01.2014
1359

Katolik kilsəsi başçısının sözlərinə görə, əgər xidmət saatlarında uşaqlar acdırlarsa və ağlayırlarsa, onları tərəddüd etmədən mütləq əmizdirmək lazımdır.

AZXEBER.COM-un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Roma papası Fransisk kilsəyə körpə ilə gələn anaları çəkinib-eləmədən elə oradaca öz uşaqlarını əmizdirməyə çağırıb.O, bunu Sekstinsk kapellasında çıxış edərkən deyib. Məlumatı “İndependent” yayıb. Pontifikin qeyd etdiyinə görə, uşaqlar kilsənin ən mühüm ziyarətçiləridir. Əgər onlar acdırsa və ağlayırsa, düşünməyin, onları mütləq kilsədəcə əmizdirin” – papa deyib.O, həm də anaları bu addımı atacaqlarına görə onları qınayan şəxslərin iradlarına məhəl qoymamağa çağırıb.“Siz xorda oxuyursunuzsa, uşaqlar bu zaman səs salıb ağlayırlarsa, ən gözəl xor elə onların səsidir” – Fransisk bildirib.

OXŞAR XƏBƏRLƏR