Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"

Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
DÜNYA
14:21 20.08.2025
205
Roma Papası Leo katoliklərdən və dindarlardan 22 avqustda Yaxın Şərqdə, Ukraynada və dünyanın digər müharibələr gedən bölgələrində sülh üçün dua etməyi xahiş edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, dindarlara ünvanladığı müraciətdə belə deyib:
 
"Yerimiz Müqəddəs torpaqda, Ukraynada və bir çox başqa bölgələrdə müharibələrdən yaralanmağa davam etdiyinə görə mən bütün möminləri 22 avqustda oruc tutmağa və dua etməyə dəvət edirəm".

Papa möminlərə Allahdan onlara sülh və ədalət bəxş etməsini, eyni zamanda davam edən silahlı münaqişələr səbəbindən əziyyət çəkənlərin göz yaşlarını silməsini diləyəcəyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR