Roma Papası bazar günü ictimaiyyət qarşısında çıxış edəcək.
Bu barədə Oxu.Az "Euronews" telekanalına istinadla xəbər verir.
Bu, Roma Papası Fransiskin ikiqat pnevmoniya diaqnozu ilə Romanın "Cemelli" xəstəxanasına yerləşdirildikdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olacaq.
Məlumata görə, pontifik sözügedən xəstəxananın pəncərəsindən toplaşanları salamlamağı və xeyir-dua verməyi planlaşdırır.
Son həftələrdə olduğu kimi, Roma Papası "Angelus" duasını oxumayacaq, onun mətni ekranda yayımlanacaq.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.