Roma papası Fransisk keşişlər arasında pedofiliya məsələsinin həll olunması üçün qəti addımlar atmağa çağırdı.
AZXEBER.COM-un RBK-ya istinadən verdiyi xəbərə görə, papa ənənəvi olaraq bu kimi məsələlərdə Vatikanın nəzarət orqanı olan etiqad doktrinası konqreqasiyası rəhbəri yepiskop Qerxard Müllerə bu kimi hadisələrdə günahkarlara lazımi cəza tədbirlərinin verilməsinə nəzarət etməsi xahişi ilə müraciət edib.BBC-nin verdiyi xəbərə görə, bu yeni Roma papasının belə həssas mövzuda ictimaiyyətə olan ilk müraciətidir.