Vəzifəsindən istefa verən Roma Papası XVI Benedikt bu gün Vatikanı tərk edib.
AZXEBER.COM-un məlumatına görə, XVI Benedikt, bu gün sonuncu dəfə vəzifə səlahiyyətlərini icra edib.
Sonuncu dəfə Roma Katolik kilsəsinin kardinalları ilə görüş keçirib və çoxu üçün gözlənilməz nitq söyləyib."Gələcək Papa sizin aranızdadır və mən ona hörmət və itaət andı içirəm", - o qeyd edib.Papa helikopterlə Vatikandan 30 km kənarda yerləşən yay iqamətgahına gedib.