Roma Papasının Ukrayna nizamlanması üzrə elçisi Rusiyaya səfər edəcək

Roma Papasının Ukrayna nizamlanması üzrə elçisi Rusiyaya səfər edəcək
DÜNYA
18:33 15.09.2023
259
Roma Papası Fransiskin Ukrayna münaqişəsinin nizamlanması üzə elçisi Matteo Dzupi Rusiyaya səfər etməyi planlaşdırır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranın nizamlanması ilə bağlı keçirilən dəyirmi masada çıxışında bildirib.

O, Vatikan elçisinin Ukrayna məsələsini müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırdığını söyləyib. Əlavə edib ki, Moskva bu mövzuda Vatikan elçisi ilə görüşməyə hazırdır.

Qeyd edək ki, Dzuppi iyunun 28-də Moskvada səfərdə olub. O, həmin səfər çərçivəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla görüşüb. Moskvadan qabaq isə Kiyevə səfər edib və Ukrayna rəsmiləri ilə görüş keçirib.
OXŞAR XƏBƏRLƏR