Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.
Bu barədə AZXEBER.COM-a Azərbaycanda Katolik Kilsəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
Qeyd edək ki, dünən Roma Papası Fransiskin 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.