Romada Azərbaycanı tanıtma tədbiri

Romada Azərbaycanı tanıtma tədbiri
MƏDƏNİYYƏT
08:25 19.10.2012
1487
İtaliyanın Roma şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən “Diplomatiya festivalı” (Festival della Diplomazia) çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan: Gələcəyi təsəvvür etmək” (Azerbaigian: Immaginare il futuro ) adlı təqdimat keçirilib.Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən məlumatına görə, tədbirdə çoxsaylı KİV nümayəndələri, akademik dairələrin nümayəndələri, iş adamları və xarici ölkələrin İtaliyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak edib.Tədbir Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun çıxışı ilə başlamış və daha sonra digər natiqlər danışıblar.Çıxışçılar sırasında əsas məruzəçi BDU-nun beynəlxalq münasibətlər kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli, Roma merinin diplomatik müşaviri Filippo La Roza, İtaliyanın aparıcı qəzetlərdən biri olan “Solo 24 Ore” qəzetinin xarici siyasət məsələləri üzrə jurnalisti Alberto Neqri, İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz bölgəsi üzrə tədqiqatçısı Nona Mikelidze və İtaliya-Azərbaycan İqtisadi Assosiasiyasının sədri Manuela Traldi olub.Bəxtiyar Aslanbəyli öz çıxışında Azərbaycanın qədim tarixi, mədəniyyəti, ölkəmizin ənənəvi dini dözümlülüyü, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi, danışıqların hazırkı vəziyyəti, enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın təşəbbüskarı olduğu layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.Bundan sonra digər çıxışçılar Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycanla ilə İtaliya arasında tarixi-mədəni, iqtisadi əlaqələrdən və Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizə və ümumiyyətlə bölgənin təhlükəsizliyinə vurduğu ziyandan danışıblar.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.
//Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir