Romada barda baş verən atışmada dörd nəfər ölüb

Romada barda baş verən atışmada dörd nəfər ölüb
DÜNYA
19:10 11.12.2022
245
Romanın şimalında yerləşən barların birində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident nəticəsində daha bir nəfər xəsarət alıb.

Silahlı şəxs kondominiumun iclası zamanı ətrafdakılara atəş açıb. Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR