Roman Saley: "Tokiodakı nəticələrimdən məmnunam"

Roman Saley: "Tokiodakı nəticələrimdən məmnunam"
İDMAN
19:07 03.09.2021
1267
"Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Artıq üçüncü qızıl medalımı əldə etdim".

Bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan Azərbaycan para-üzgüçüsü Roman Saley deyib.

100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini qabaqlayan idmançı Tokio paralimpiadasındakı nəticələrimdən məmnun olduğunu bildirib: "Hər şeyə görə çox sağ olun".

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.
OXŞAR XƏBƏRLƏR