İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Tommazo Baldantsi A Seriyasının digər təmsilçisi "Torino"ya keçə bilər.
22 yaşlı futbolçu paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperininin planlarına daxil deyil.
Bu səbəbdən mütəxəssis onun icarəyə verilməsinə razılaşıb. Futbolçu ilə "Udineze" də yaxından maraqlanır.
Qeyd edək ki, 2024/2025 mövsümündə T.Baldantsi bütün turnirlərdə meydana çıxdığı 41 matçda 2 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. Onun "Roma" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 12 milyon avro qiymətləndirir.
\report