ITA Airlines-də işləyən stüardessa İtaliyanın Roma şəhərinə getdiyi təyyarəyə mindikdən sonra həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.
Belə ki, üç uşaq anası olan 57 yaşlı Qabriella Kario şənbə günü Neapol xaricindəki Reggio Calabria hava limanında ITA Airways 1156 reysinə mindikdən sonra vəfat edib.
Aviaşirkətdən verilən açıqlamada bildirilib:
"Həmkarımız Qabriella Cario keçən şənbə günü Reggio Calabria (Cənubi İtaliya) şəhərində vəfat edərkən vəzifədə deyildi. O, sərnişin kimi evə qayıdırdı və təyyarə Reggio Calabria-dan Romaya qalxmazdan əvvəl təyyarədə öldü. Şirkət ailəsinə hər cür dəstəyi verəcək".
Hadisə nəticəsində təyyarədəki bütün sərnişinlər təyyarəni tərk etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Karionun dəqiq ölüm səbəbi hələ açıqlanmayıb.
Oksana