Braziliyanın məşhur futbolçusu Ronaldinyoyenidən Avropa klublarında çıxış etmək istədiyini bildirib.Futbolçu hələ ki, futboldan getmək istəmədiyini qeyd edib: "Ümid edirəm ki, DÇ-2014-də Braziliya millisinin heyətində yer ala bilərəm. Hazırdamilli komandamızı tarixinin ən zəif kollektivi kimi qiymətləndirirlər. Mən bufikirlərlə razılaşmıram. Braziliyada gənc istedadlı futbolçular çoxdur. Bu dəfəki çempionatda çox sürpriz olacaq. Karyerayama gəlincə isə, 40 yaşıma kimi oynamaq fikrim var. Qarşıdakı illərdə Avropaya qayıtmağı planlaşdırıram".Xatırladaq ki, hazırda "Atletiko Mineyro"nun formasını geyinən təcrübəlifutbolçuson dəfə Avropa klublarından "Milan"da oynayıb.