Ronaldinyonun oğlu Acunun klubunda

Ronaldinyonun oğlu Acunun klubunda
İDMAN
22:46 12.09.2025
240
Braziliya əfsanəsi Ronaldinyonun oğlu Juao Mendeş karyerasını "Hall Siti”də davam etdirəcək.

AZXEBER.COM xəbər verir ki, 20 yaşlı futbolçu "Börnli”dən ayrılaraq Çempionşip təmsilçisi "Hall Siti”nin U-21 komandasına keçib və klubla 1 illik müqavilə imzalayıb.

Mendeş ötən mövsüm "Börnli”nin U-21 heyətində 5 oyunda meydana çıxıb. "Kruzeyro”nun yetirməsi olan gənc yarımmüdafiəçi 2023-cü ildə atasının yolunu izləyərək "Barselona” akademiyasına qoşulmuş, 2024-cü ilin yayında isə Kataloniya təmsilçisindən ayrılaraq İngiltərəyə yollanmışdı.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində 2005-ci ildə "Qızıl top”u qazanıb, 2002-ci ildə Braziliya ilə dünya çempionu olub, "Barselona” ilə isə iki dəfə La Liqa və bir dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.
OXŞAR XƏBƏRLƏR