Bu sözləri “Real” klubunun futbolçusu Kriştianu Ronaldo deyib.
Portuqaliyalı ulduz Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyununda baş verənlərə münasibət bildirib: “Bunu “Barselona”nın “Arsenal”la da, “Çelsi” ilə də, “İnter”lə qarşılaşmalarında da müşahidə etmişik. Heç kim “Barselona”nın ən güclü komanda olması ilə mübahisə etmir. Görünür, onlar təkcə yaşıl meydanda deyil, həm də ondan kənarda yaxşı oynayırlar. Əlbəttə, biz heç də ən yaxşı oyunumuzu göstərə bilmədik. Lakin meydanda say bərabərliyi olduğu vaxt şanslarımız qalırdı. İndi isə nəyisə dəyişmək müşkül məsələdir”.
Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn “Barselona” hər 2 qolu rəqibi azlıqda qaldıqdan sonra vurub.
/// apasport