"Corcinanın hədiyyəsini elə təqdim etdilər ki. Sanki pis bir iş görüb. 100 avtomobilim olsun, sevdiyim qadın mənə 101-cini alıbsa, deməli ən sevdiyim elə 101-ci avtomobildir".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo deyib.
O həyat yoldaşı Corcinanın onu verdiyi hədiyyədən danışıb.
Xatırladaq ki, Corcina Ronaldoya lüks "Rolls-Royce Dawn” avtomobili hədiyyə edib. Ronaldo sosial şəbəkədə qıza hədiyyəyə görə təşəkkür edib: "Təşəkkür edirəm, sevgilim”.
Mikayıl
