Ronaldo “Əl-Nəsr”dən ayrılır - Yeni klubunu açıqlayacaq

Ronaldo “Əl-Nəsr”dən ayrılır - Yeni klubunu açıqlayacaq
İDMAN
12:07 29.05.2025
318
Səudiyyə Ərəbistanının "Əl-Nəsr” komandasında çıxış edən Kriştiano Ronaldo komanda ilə gələcəyi ilə bağlı qeyri-müəyyən olaraq qalır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçunun FİFA Klublararası Dünya Çempionatında iştirak etmək üçün "Əl-Nəsr”i tərk edə biləcəyi ilə bağlı iddialar artsa da, Ronaldo ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

FİFA prezidenti Gianni İnfantino Ronaldonun bu il yenilənən formatı ilə ilk dəfə keçiriləcək Klublararası Dünya Çempionatında oynaya biləcəyini və bəzi komandaların danışıqlarını davam etdirdiyini açıqlamışdı.

Portuqaliyalı ulduzun gələcəyi ilə bağlı İspaniya mətbuatından yeni iddia gündəmə gəlib.
 
"Marca”da çıxan xəbərdə Ronaldonun "Əl-Nəsr”dən ayrılacağı və bu gün mətbuat konfransı keçiriləcəyi bildirilib.

Xəbərdə Ronaldonun Klublararası Dünya Çempionatında oynamaq şansının artdığı, lakin onun hansı komandada olacağı hələ də bəlli olmadığı bildirilib.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR