Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo ən bahalı alış-verişinin 13 il əvvəl aldığı təyyarə olduğunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, oktyabr ayında "Bloomberg" Ronaldonun sərvəti 1 milyard dolları keçən ilk futbolçu olduğunu bildirib.
Ronaldo britaniyalı jurnalist Pirs Morqana "YouTube”da verdiyi müsahibədə bildirib: "Ən bahalı alış-verişim təyyarədir. Onu 13 ildir ki, istifadə edirəm; bir il əvvəl təkmilləşdirmişəm. Bəli, bir az bahadır. Mənim Global Express modelim var".
///Lent.az










































