Ronaldo evini çılpaq şəkillərilə bəzədi - FOTOLAR

İDMAN
11:56 23.02.2013
3566
Madrid “Real”nın və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo evinin divarlarını öz çılpaq şəkilləriylə bəzəyib. Futbolçunun böyük şəkli pianinonun arxasında divara vurulub.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçunun Madriddəki evinin dizayneri İspaniyanın ən məşhur arxitektoru Xoakin Torresdir. Onun sözlərinə görə, dizaynını hazırladığı evdə nəhəng akvarium var və demək olar ki, bütün tavana qədər güzgü ilə əhatə olunub.“Futbolçunu evində hər tərəf şəkillərlə doludur. Bəs onun evində pianino nə üçündür? Məncə o, uşaq vaxtı bir çox şeylərdən məhrum olub, o cümlədən də pianinodan. O, “Miami Vice” serialında belə bir pianinonu görüb və onu əldə etmək istəyib. Ronaldonun da bir çox futbolçular kimi çox çətin keçən uşaqlıqları olub. Demək olar ki, bütün futbolçular kasıb ailələrdən çıxıblar. Onlar uğur qazananda özlərini itirirlər və özləri üçün hər şeyi etməyə çalışırlar” – deyə Torres bildirib.

OXŞAR XƏBƏRLƏR