Ronaldo ilk milyarder futbolçu oldu

Ronaldo ilk milyarder futbolçu oldu
İDMAN
17:50 08.10.2025
202
Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyarder futbolçu olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, onun sərvəti 1,4 milyard dollar qiymətləndirilir.

Belə ki, 40 yaşlı futbolçu ötən yay Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubu ilə 400 milyon dollarlıq müqavilə imzalayıb. Onun həmçinin aparıcı qlobal brendlərlə müqavilələri var. Bundan əlavə, Ronaldo 650 milyondan çox izləyicisi olan instaqram hesabının sahibidir. Onun səhifəsində bir reklamın qiyməti 3 milyon dollardan çoxdur. O, həmçinin Portuqaliya, İtaliya, İspaniya, Səudiyyə Ərəbistanı və Dubayda dəbdəbəli daşınmaz əmlaka sahibdir. Onun Madeyrada yeddi mərtəbəli malikanəsi və Jumeirah Bay adasında villası da var.

Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcina Rodrigezdəndir: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Ronaldo və Corcina 2016-cı ildən münasibətdədirlər. Cütlük bu yaxınlarda nişanlanıb.
 

OXŞAR XƏBƏRLƏR