Ronaldo "Mançester Yunayted"in formasını geyindi - FOTO

Ronaldo "Mançester Yunayted"in formasını geyindi - FOTO
İDMAN
14:46 01.09.2021
1122

Xəbər verdiyimiz kimi, ötən həftə "Mançester Yunayted" ulduz futbolçu Kristiano Ronaldo ilə 3 illik müqavilə imzalamışdı.

AZXEBER.COM xəbər verir ki, portuqaliyalı futbolçu artıq qırmızı şeytanların formasını geyinərək kameralar önünə keçib.

36 yaşlı portuqaliyalı futbolçu illər sonra yenidən "Mançester Yunayted" formasını geyinməsini həyəcanla qarşıladığını bildirib. Təcrübəli futbolçunun fotoları sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, ulduz futbolçu bir neçə gün əvvəl 28 milyon avro qarşılığında İtaliyanın "Yuventus" klubundan "Mançester Yunayted"ə transfer olmuşdu.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR