Ronaldo möcüzə yaratmaqda davam edir

İDMAN
00:19 20.04.2015
1508

İspaniya La Liqasının 31-ci turunda keçirilən "Real"-"Malaqa" matçı meydan sahiblərinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Portuqaliyalı hücumçu matçın 90+2-ci dəqiqəsində qol vuraraq tarixi rekorda imza atıb.O, cari mövsümdə bütün turnirlərdə vurduğu qol sayını 50-ə çatıdırb.

Bununla da Ronaldo İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, 30 yaşlı forvard “Real”a transfer olunandan yalnız bir mövsüm 50 qolluq həddi keçə bilməyib. O, 2009/2010 mövsümündə 33 qol vurub.

OXŞAR XƏBƏRLƏR