Futbol üzrə Portuqaliya yığma komandasının futbolçusu Kriştiano Ronaldo komandasının Avro-2012-nin ilk qarşılaşmasında Almaniya millisinə minimal hesablı məğlubiyyətindən sonra oyun haqqında fikirləri ilə bölüşüb. AZXEBER.COM-un məlumatına görə, futbolçu komandasının məğlubiyyətə layiq olmadığını bildirib. “İkinci hissədə almanların bir dəfə şansı oldu. Biz isə iki dəfə topu qapının tirinə vurduq. Bizim komandanın futbolçularının fərqlənmək üçün bundan başqa da şansı oldu. Biz çox məyusuq. Hesab edirəmki, bu cür oyunla ən azı heç-heçəyə ümid edə bilərdik”, - deyə Kriştiano Ronaldo bildirib.