Ronaldo Messini keçdi

İDMAN
10:10 10.06.2013
1424
“Forbes” jurnalı dünyanın ən gəlirli futbolçularını adları açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Real” klubunda qalmağa qərar verən Kriştinao Ronaldo “Qızıl top”un dördqat qalibi Lionel Messini ötüb keçib.Jurnalın yazdığına görə, Messinin illik gəliri 31,4 mln avrodur. Ronaldonun illik gəliri isə argentinalı oyunçudan 2 milyon artıq 33,5 milyon avrodur. Ekspertlər ulduz futbolçu Devid Bekhemin 35,9 milyon avro gəlirinin olduğunu müəyyən ediblər. Onun qazancı təkcə futboldan deyil, həm də müxtəlif reklamlardan aldığı qonorarlardır.Xatırladaq ki, idmançıların reytinq cədvəlinə isə qolf ustası Tayqer Vuds başçılıq edir. Onun gəliri 59,5 mln avrodur.
OXŞAR XƏBƏRLƏR