İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo Fələstinin Qəzza bölgəsindəki uşaqlara yardım məqsədilə "Qızıl buts"unu hərraca çıxararaq satmaq qərarına gəlib.
Portuqaliyalı futbolçu 2011-cı ildə layiq bilindiyi "Qızıl buts"u 1,5 milyon avroya satmaq niyyətindədir. O, həmin pulların hamısını Qəzzadakı fələstinli uşaqlara göndərəcək.
Bir qədər əvvəl isə Kriştiano Ronaldo oynadığı klubun yaratdığı "Real Madrid Foundation"un (FRM) hesabına milyonlarla avro yatıraraq 167 məktəbin inşasının bütün xərclərini ödəmişdi.
"Fələstinə yollayacağım pullara Qəzza bölgəsində məktəblərin tikilməsini istəyirəm. Buna çalışacağam. Tanrı dünyadakı bütün uşaqları qorusun", - Ronaldo deyib.
Kriştiano Ronaldo ötən il Pakistandakı "Aman Foundation" fondu ilə birlikdə Lahorda iki idman məktəbi inşa etdirib.
İnşaatın bütün xərclərini Ronaldo ödəyib.