Ronaldo Portuqaliya millisindən kənarda qaldı

Ronaldo Portuqaliya millisindən kənarda qaldı
İDMAN
09:34 13.11.2012
1233

Kriştiano Ronaldo noyabrın 14-də Qabon millisinə qarşı keçiriləcək yoxlama oyununda kapitanı olduğu Portuqaliya yığmasına kömək edə bilməyəcək.

AZXEBER.COM-un məlumatına görə, İspaniya çempionatının dünən “Levante”ylə “Real”ın matçında göz nayihəsindən zədə alan Ronaldo millinin heyətindən kənarlaşdırılıb. Futbolçu oyundan sonrakı bütün gecəni xəstəxanada keçirməli olub.

Həkimlər Ronaldoya qarşıdakı matçda oynamağa icazə verməyiblər.

OXŞAR XƏBƏRLƏR